“İsrailin törətdiyi qadın və uşaq qətllərinə tamaşaçı qalmamalıyıq” – Rəisibackend

“İsrailin törətdiyi qadın və uşaq qətllərinə tamaşaçı qalmamalıyıq” - Rəisi

Dünya xalqları İsrailin cinayətlərinin miqyasına qarşı səbrlərini itirirlər.

KONKRET.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.

“Biz amerikalıların və İsrailin törətdiyi qadın və uşaq qətllərinə tamaşaçı qalmamalıyıq. İsrail bəşəriyyətə qarşı cinayətlər törədir ki, bu da dünyanı iyrəndirir”, – deyə Rəisi qeyd edib.

“Qəzza zolağına qarşı davam edən təcavüzün təbii nəticəsi olacaq. Dünya İsrailin cinayətlərinin miqyasına qarşı səbrini itirir”, – Rəisi deyib.

“Qərb ölkələri insan haqlarını müdafiə etdiklərini iddia edirlər, lakin bu gün onların söhbəti gülməli səslənir, çünki bütün dünya onların sionist varlığı dəstəklədiyini bilir”, – İran prezidenti əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*