İsrailli politoloq: “Ermənilər Azərbaycanın qələbəsində məhz İsraili günahkar hesab edir”backend

İsrailli politoloq: “Ermənilər Azərbaycanın qələbəsində məhz İsraili günahkar hesab edir”

“Azərbaycan tamamilə işğaldan azad edilib. Ermənistan ictimaiyyətində şok yarandı ki, bu azərbaycanlılar kimdir ki, birdən ermənilərin dənizdən-dənizə olan “Böyük Ermənistan” arzusunu puça endirdi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri israilli politoloq Yuri Boçarov səsləndirib.

Onun sözlərinə görə, şok 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri zamanı daha da gücləndi:

“O zaman Bakı Qarabağı ermənilərdən təmizlədi və tamamilə öz suverenliyini bərpa etdi. Həmin şok erməni ictimaiyyətində bu günün özündə də müşahidə olunur. Bu şokda ən böyük problem ondan ibarətdir ki, ermənilər hələ də inana bilmirlər ki, onlar Azərbaycana uduzublar. Ermənilər ümumiyyətlə heç vaxt nədəsə günahları olduğunu etiraf etməyiblər”.

Yuri Boçarov qeyd edib ki, qələbədən sonra Azərbaycanda keçirilən zəfər paradında üçrəngli Şanlı Azərbaycan bayrağı ilə yanaşı Türkiyə və İsarilin də bayraqları dalğalanıb:

“Onların düşüncəsinə görə, hər şeydə günahkar məhz İsrail olub, çünki Türkiyə ilə onların uzun illərdir ki, fikir ayrılıqları var. Yəni Tükiyənin köməyi başadüşüləndir. Burda əsas istiqamət məhz İsrailə yönəlib. Ermənilər hesab edir ki, Azərbaycan neft pulları ilə İsraildən aldığı müasir silahlarla Ermənistanın müdafiəsini yerlə yeksan edib. Ancaq unudurlar ki, qələbə məhz Azərbaycan əsgərinin əzmi, döyüş bacarığı və özünə inamı səbəbindən əldə edilib”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*