İstanbuldakı zəlzələ ilə bağlı vacib xəbər: 15 km-lik fay xətti…backend

İstanbuldakı zəlzələ ilə bağlı vacib xəbər: 15 km-lik fay xətti...

AFAD Zəlzələ Elm Şurası üzvləri tərəfindən ötən gün İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələnin ilk texniki analizi açıqlanıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, 6,2 bal gücündə zəlzələ yüksək sürətlənmə dəyərlərinə malik deyil:

“İlkin təhlillər göstərir ki, uzunluğu təxminən 15, eni isə 9,5 kilometr olan bir fay xətti parçalanıb. Fay üzərindəki sağ yanal yerdəyişmə təxminən 30 sm-dir”.

Eyni zamanda əlavə olunub ki, indiyədək 112 “Çağırış mərkəzi”nə edilən zənglərin sayı 10 mini keçib:

“Bunlardan 296-sı vətəndaşlarımız tərəfindən tikililərlə bağlı edilən zəngdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*