İstanbuldakı zəlzələdə nə qədər insan xəsarət alıb? – Rəqəmlər AÇIQLANDIbackend

İstanbuldakı zəlzələdə nə qədər insan xəsarət alıb? - Rəqəmlər AÇIQLANDI

İstanbulda baş verən zəlzələ nəticəsində 150-dən çox insan xəsarət alıb

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Təbii Fəlakətlərin İdarə Edilməsi Təşkilatı (AFAD) açıqlayıb.

Səlahiyyətlilər İstanbulun mərkəzindəki Fatih səmtində boş bir binanın çökdüyünü, lakin xəsarət alan olmadığını bildiriblər.

“Yüzdən çox qurbana xəstəxanalarda tibbi yardım göstərilir. Onlar çaxnaşma səbəbindən hündürlükdən tullanıblar. Həyatları təhlükədə deyil”, – İstanbul əyalət hökumətinin açıqlamasında deyilir.

İstanbul Bələdiyyəsinin Zəlzələ Problemləri üzrə Elm Adamları Şurasının üzvü Haluk Eyidoğan İstanbul və Mərmərə bölgəsində 7 bal gücündə güclü zəlzələ olacağını proqnozlaşdırdıqlarını açıqlayıb.

İstanbul meriyasının hesablamalarına görə, 7,5 bal gücündə zəlzələ baş verərsə, şəhərdə ən azı 90 min bina dağılacaq və 4,5 milyona yaxın vətəndaşın müvəqqəti mənzilə ehtiyacı olacaq. Sığorta şirkətləri zəlzələdən dəymiş ziyanın 325 milyard dolları keçəcəyini təxmin edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*