İsveç Ukraynaya mümkün döyüş təyyarələrinin təhvil verilməsi üçün şərt kimi NATO-ya üzvlüyünü göstərib.
KONKRET.az xəbər verir ki, bu barədə İsveçin Müdafiə naziri bildirib.
“Ukraynaya mümkün qırıcı təyyarələrin verilməsi üçün şərt İsveçin NATO-ya üzvlüyü olacaq”, – nazir Paul Jonson deyib.
Qeyd edilir ki, Ukraynaya İsveçdən 2,2 milyard İsveç kronu (təxminən 189 milyon avro) məbləğində yeni, 14-cü yardım paketi əsasən döyüş sursatları, eləcə də əvvəllər ötürülən sistemlər üçün ehtiyat hissələrdən ibarət olacaq.
Ariz Həsənoğlu,
KONKRET.az
