İtaliya Rumıniyaya hərbi qüvvələr göndərirbackend

İtaliya Rumıniyaya hərbi qüvvələr göndərir

NATO-nun şərq cinahının gücləndirilməsi və regionda təhlükəsizliyin təmin olunması məqsədilə İtaliya Silahlı Qüvvələri Rumıniyadakı hərbi mövcudluğunu artırmağı planlaşdırır. İtaliya ordusu rumıniyalı hərbçilərin hazırlıq proqramında iştirak etmək üçün bu ölkəyə şəxsi heyət və aviasiya dəstəyi ezam edir.

KONKRET.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu “La Repubblica” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, missiya çərçivəsində Rumıniyaya təxminən 100 hərbi qulluqçu və bir neçə qırıcı təyyarə göndəriləcək.

Hərbi əməliyyatın iyunun 15-də başlayacağı və ən azı bir ay davam edəcəyi gözlənilir. Mənbələrin verdiyi məlumata görə, İtaliya hərbçilərindən ibarət kiçik bir qrup artıq Rumıniyadakı hərbi bazaya çatıb. Təlimlər Konstansa şəhəri yaxınlığındakı aviabazada keçiriləcək. Qeyd edək ki, sözügedən hərbi obyektdə ABŞ-ın təxminən 4,5 min nəfərlik şəxsi heyəti də dislokasiya olunub.

İtaliya mətbuatı qeyd edir ki, bu əməliyyat əvvəlcədən planlaşdırılsa da, ictimaiyyətə geniş şəkildə elan edilməmişdi. Lakin Rumıniyanın Qalats şəhərində pilotsuz uçuş aparatının (PUA) yaşayış evinin damına düşməsi və nəticədə iki nəfərin yaralanması ilə bağlı baş verən son insidentdən sonra bu missiyanın aktuallığı və əhəmiyyəti daha da artıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*