İtaliya Ukraynaya 200 milyon avro məbləğində güzəştli kredit ayırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vəsait 15 il müddətinə sıfır faiz dərəcəsi ilə təqdim edilib. Bundan başqa, Ukraynaya krediti ödəmək üçün 7,5 il möhlət hüququ verilib.
