İtaliyada yoxa çıxan helikopterin qalıqları tapıldı – Ölənlərdən 4-ü türkdürbackend

İtaliyada yoxa çıxan helikopterin qalıqları tapıldı - Ölənlərdən 4-ü türkdür

İtaliyada üç gün əvvəl yoxa çıxan helikopterin qalıqları tapılıb.

KONKRET.az xəbər verir ki, Toskana və Emilia-Romanya bölgələri arasında radarlardan itən helikopterin qalıqları Apennin dağlarında aşkarlanıb. 1922 metr yüksəklikdə helikopterin qalıqları ilə yanaşı, 7 nəfərin cəsədi də tapılıb.

Xatırladaq ki, iyunun 9-da radarlardan itən helikopterin göyərtəsində bir italyan pilot, dörd türk və iki livanlı olmaqla ümumilikdə yeddi nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*