İvanovo vilayətində yerli “Sluxi i faktı” nəşrinin baş redaktoru Aleksey Maşkeviç bildirib ki, “Vahid Rusiya” partiyasının vilayət dumasının deputatı Artem Potapenko köməkçisi ilə birlikdə ona hücum edib.
KONKRET.az xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.
Jurnalistin sözlərinə görə, deputat onun eynəyini çıxarıb tapdalayıb, üzünə şillə vurub, döş qəfəsindən itələyib və sifətinə tüpürüb, həmçinin ona qarşı təhqirlər səsləndirilib.
Maşkeviç hücumun onun peşəkar fəaliyyəti ilə bağlı olduğunu güman edir.
Məhkəmə deputat Potapeni təhqir maddəsi üzrə 5 min rubl məbləğində cərimələyib.
Deputat məhkəmədə eynəyi çıxardığını, şillə vurduğunu, tüpürdüyünü və təhqir etdiyini etiraf etsə də, hadisənin jurnalistin peşəkar fəaliyyəti ilə əlaqəli olduğunu rədd edib.
Ağagül Mürsəlov,
KONKRET.az
