Kadırov 26 yaşlı qardaşı oğlunu nazir TƏYİN ETDİbackend

Kadırov 26 yaşlı qardaşı oğlunu nazir TƏYİN ETDİ

Çeçenistan rəhbərinin qardaşı oğlu Xamzat Kadırov baş nazirin müavini, əmlak və torpaq məsələləri naziri təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.

“Region hökumətinin iclası keçirilib. Çeçenistan Respublikasının yeni baş nazirinin müavini, əmlak və torpaq məsələləri naziri Xamzat Kadırov Nazirlər Kabinetinin üzvlərinə təqdim edilib”, – Kadırov teleqramda yazıb.

Qeyd edək ki, 26 yaşlı Xamzat Kadırov Çeçenistan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. O, regionda yüksək vəzifələrdə çalışıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*