Kadırovun 19 yaşlı qızı medalla təltif edilibbackend

Kadırovun 19 yaşlı qızı medalla təltif edilib

Çeçenistan rəhbəri Ramzan Kadırovun 19 yaşlı qızı Tabarik “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Qroznı şəhər meriyasının saytında məlumat verilib.

“İrs Group” şirkətinin təsisçisi kimi Tabarik Ramzanovna ona həvalə olunmuş sahədə yüksək nəticələr əldə etməklə özünü fəal və effektiv lider kimi sübut edib”.

Meriya əlavə edib ki, Tabarik Kadırovanın rəhbərliyi ilə Çeçenistanda sahibkarlığın inkişafı və regionun investisiya cəlbediciliyinin artırılması istiqamətində işlər aparılır.

Fevral ayında Çeçenistan rəhbərinin qızı Xadizhat Kadırova sosial blokla qarşılıqlı əlaqə üzrə administrasiya rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib. Eyni zamanda, Kadırovun böyük oğlu Axmat Kadırov ordeni ilə təltif edilib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*