Kanada Ermənistanda konsulluq açdıbackend

Kanada Ermənistanda konsulluq açdı

İrəvanda Kanada konsulluğu açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli özünün Twitter mikrobloqunda yazıb. O, İrəvanda Kanada konsulluğunun açıldığını elan edib.

“Bu, Ermənistanda səfirliyin açılması yolunda mühüm irəliləyişdir və xalqlarımız arasında dostluğumuzun əsasını təşkil edən əlaqələrin qurulmasının açarıdır”, deyə XİN başçısı yazıb.

Yeni konsulluq 2022-ci il dekabrın 15-dən vətəndaşlar üçün açıq olacaq. O, Ermənistanda yaşayan, təhsil alan, işləyən və səyahət edən kanadalılara əsas konsulluq xidmətləri təklif edəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*