Kanada Türkiyəyə tətbiq etdiyi hərbi satış embarqosunu ləğv edir – Ermənilər narahatdırbackend

Kanada Türkiyəyə tətbiq etdiyi hərbi satış embarqosunu ləğv edir – Ermənilər narahatdır  

Kanada Türkiyəyə tətbiq etdiyi hərbi satış embarqosunu ləğv edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Daşnaksütyunun Kanada Bürosunun Mərkəzi Ofisi məlumat yayıb.

Xəbərdə deyilir ki, bu addım İsveçin NATO-ya daxil olması ilə bağlı razılaşmanın bir hissəsi kimi atıla bilər.

Türkiyəyə qarşı silah embarqosunun ləğvi rəsmi Ottavanın PUA-larda istifadə edilən L3arris/WESCAM texnologiyalarının Ankaraya satışına icazə verəcək. Ermənilər narahatdır ki, bununla da Bayraktar İHA-nın rəqabət qabiliyyəti güclənəcək.

Ermənilər iddia edir ki, bu qadağan olunmuş texnologiyalar sonradan Azərbaycana ötürülüb.

Ermənilərin “Hay Dat” Komitəsinin mövqeyinə görə, Kanada hərbi arsenalının genişlənməsinə töhfə verməklə Türkiyə-Azərbaycan hərbi cinayətlərinə ortaq olmamalıdır:

“Dövlətlərə saxtakarlıq məqsədi ilə silah satışı Kanadanın silah ixracı qaydalarını pozur və regional sabitliyə ciddi təhlükə yaradır. Kanadanın regional sülh və təhlükəsizliyin qorunması və insan hüquqlarının qorunması ilə bağlı bəyan etdiyi prioritetlərinə uyğun olaraq, Ottava silah embarqosunu ləğv etməməlidir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*