Kapitoliyə hücum, Talibanın qisası, miqrasiya böhranı və daha nələr: Dünya 2021-ci ili necə xatırlayacaq?backend

Kapitoliyə hücum, Talibanın qisası, miqrasiya böhranı və daha nələr: Dünya 2021-ci ili necə xatırlayacaq?

Koronavirus pandemiyasının, terror hücumlarının və silahlı qarşıdurmaların tüğyan etdiyi təlatümlü və çətin 2020-ci ildən sonra, çoxları 2021-ci ilin iqtisadi sabitlik və ictimai-siyasi vəziyyətin normallaşması ilə yadda qalacağına ümid edirdi. Lakin qarşıdan gələn il bu ümidləri doğrultmadı. Çünki yola salmağa hazırlaşdığımız bu ildə dünyada bir çox hadisələr baş verdi. KONKRET.az 2021-ci ilin dünyada ən yaddaqalan hadisələrini təqdim edir:

ABŞ-da Kapitolinin binasına hücum;

2021-ci il Vaşinqtonda iğtişaşlarla başladı. Demokrat Co Bayden prezident seçkilərində qalib gəldikdən sonra onun rəqibi, keçmiş ABŞ prezidenti Donald Tramp tərəfdarlarını səsverməni qəbul etməməyə çağırdı. Yanvarın 6-da nümayişçilər ABŞ-da Kapitolinin təhlükəsizlik qüvvələrinin mühasirəsini yararaq binanın bir hissəsini zəbt etdi. Hücum ABŞ Konqresinin seçkilərin nəticələrini təsdiqləməsini ləngitdi, senatorlar və Kapitoli əməkdaşları təxliyə olundu. Etirazçılarla polis arasında toqquşma zamanı 5 nəfər öldü, onlarla insan yaralandı. Hüquq-mühafizə orqanlarının əməkdaşları 50-dən çox nümayişçini həbs etdi. İğtişaşlardan sonra yüzdən çox cinayət işi açıldı. Bu günə qədər ən uzun həbs cəzasını polis məmurunu vuran etirazçı Skott Fairlemb aldı. O, 41 ay müddətinə azadlıqdan məhrum edildi. Yanvarın 14-də ABŞ Konqresinin Nümayəndələr Palatası Trampı Vaşinqtonda iğtişaşları qızışdırmaqda ittiham edərək impiçmentə səs verdi, lakin bu təşəbbüs kifayət qədər səs toplamadı və keçmiş prezident bəraət qazandı. ABŞ paytaxtında baş verən hadisələr göstərdi ki, Amerika cəmiyyətində ciddi parçalanmalar davam edir. Tramp tərəfdarları siyasi əqidələri uğrunda mübarizədə zorakılıq və qəddar üsullardan istifadə etməyə hazır olduqlarını nümayiş etdirdilər. Onlar Baydeni qanuni lider kimi tanımaqdan imtina etdilər.

Маск объяснил штурм Капитолия отменой Burning Man — РБК

Co Bayden ABŞ-ın 46-cı prezidenti oldu;

Yanvarın 7-də Konqres demokrat Co Baydeni ABŞ prezidenti postuna rəsmən təsdiqlədi. Yanvarın 20-də andiçmə mərasimi zamanı Bayden seçkidə onu dəstəkləməyənlər də daxil olmaqla, bütün amerikalıların prezidenti olacağına söz verdi. Lakin o, nəinki yeni tərəfdarlar qazana bilmədi, hətta köhnə dəstəkçilərini də itirdi. Baydenin hakimiyyətinin ilk ili son 40 ilin ən uğursuz prezidentlik illərindən biri olub. Onun reytinqləri rekord həddə düşüb. Əhalinin cəmi 35 faizi siyasətçini dəstəkləyir, 50 faizdən çoxu isə onun haqqında mənfi fikirlər söyləyir. Vətəndaşlar dövlət liderini tutduğu vəzifə üçün çox yaşlı hesab edir və mətbuat konfranslarda onun yatmasını mütəmadi olaraq işıqlandırır. Hakimiyyətdə olduğu bir il ərzində Bayden ABŞ-dakı problemli məsələlərin əksəriyyətini həll edə bilmədi.  ABŞ koronavirusdan ölənlərin sayına görə lider olaraq qalır, cəmiyyətdə irqi problemlərlə bağlı gərginlik davam edir, məktəblərdə və küçələrdə atışma halları baş verir. Mövcud vəziyyət fonunda amerikalı ekspertlər 2024-cü ildə keçiriləcək prezident seçkilərinin baş tutmayacağından ehtiyatlanırlar və  2021-ci il seçkilərinin nəticələrinin etibarsız sayılması ehtimalını istisna etmirlər.

Görsel olarak analiz edilmiş resim

Süveyş kanalında “Ever Given” konteyner gəmisində qəza;

Martın 23-də gəmi qəzaya uğrayaraq Süveyş kanalını bağladı. Altı gün ərzində kanal boyu hərəkət dayandırıldı. Gəmini dayaz ərazidən çıxarmaq yalnız martın 29-da mümkün oldu. Hadisə Misir və digər ölkələrin iqtisadiyyatına böyük zərbə vurdu. Bəzi məlumatlara görə, dünya üzrə şirkətlər Süveyş kanalında hər saat fasiləyə görə ən azı 400 milyon dollar itirdilər. Ərəb ölkələrindən neft daşıyan tankerlərin hərəkətinin qarşısının alınması “qara qızıl”ın qiymətinin beş faizdən çox bahalaşmasına səbəb oldu. Misir hakimiyyəti “Ever Given” gəmisini həbs edərək, sahibindən 900 milyon dollar təzminat tələb edib. Lakin sonradan Misir məhkəməsi gəminin Süveyş kanalını tərk etməsinə icazə verdi və iyulun 7-də “Ever Given” Aralıq dənizinə yön aldı.

Авария в Суэцком канале может сыграть на руку "Газпрому", считает эксперт -  РИА Новости, 27.03.2021 Britaniya kraliçası II Yelizavetanın əri Şahzadə Filip vəfat etdi;

Aprelin 9-da Böyük Britaniya kraliçası II Yelizavetanın əri, şahzadə Filip 99 yaşında, yüzillik yubileyinə iki ay qalmış vəfat etdi. Edinburq hersoqunun ölümündən sonra Böyük Britaniyada səkkiz günlük milli matəm elan edildi. Şahzadə Filip müvəqqəti olaraq Vindzor qəsrində dəfn olundu. Onun dəfn mərasimində pravoslav duası oxundu, çünki əvvəllər Edinburq hersoqu Danimarka və Yunanıstan şahzadəsi sayılırdı  və Yunan Pravoslav Kilsəsinə mənsub idi. Dünyanın hər yerindən siyasətçilər və ictimai xadimlər kral ailəsinə başsağlığı verdilər. Filippin ölümünün şahzadə Harri və Uilyam arasındakı gərginliyi yumşaltmağa kömək edəcəyi güman olunsa da, sonradan qardaşların hələ də ünsiyyət qurmadıqları ortaya çıxdı.

Умер супруг королевы Елизаветы II принц Филипп — РБК

Kubada Kastro qardaşlarının hakimiyyəti dövrü başa çatdı

Aprel ayında inqilabçı Fidel Kastronun kiçik qardaşı Raul Kastro Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən istefa verdi. Onun gedişi ilə 1959-cu ildə Kuba inqilabı zamanı hakimiyyətə gələn Kastro qardaşlarının uzunmüddətli rəhbərlik dövrünə son qoyuldu. Kuba prezidenti Migel Diaz-Kanel partiyanın birinci katibi seçildi. Kastronun gedişindən üç ay sonra Kubada kütləvi etiraz aksiyaları başladı. Etirazlar koronavirus pandemiyası ilə bağlı vəziyyətin kəskinləşməsi fonunda ortaya çıxdı. Lakin tezliklə məlum oldu ki, əhali ölkədəki çoxsaylı problemlərdən narazıdır. İqtisadiyyatda və səhiyyədə böhrana yol verən kommunistlərə qarşı minlərlə insan yürüş etdi. İğtişaşlar fonunda Kuba hakimiyyəti fövqəladə rejim elan edərək, paytaxt Havanaya qoşun yeritdi. Kuba prezidenti Diaz-Kanel etirazları Vaşinqtonun qızışdırdığını bildirdi və ABŞ—ı ittiham etdi.

Кубинские старцы Фидель и Рауль Кастро правили Кубой больше 60 лет. Как  заканчивается их эпоха?: Политика: Мир: Lenta.ru

Böyük Britaniya Avropa İttifaqından tamamilə çıxdı

2021-ci ildə Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması (Brexit) üçün bütün rəsmi sənədlər nəhayət tamamladı. Bu məqam London və Brüssel arasında Ticarət və Əməkdaşlıq Sazişinin ratifikasiyası iləyadda qaldı. Sənəd mayın 1-də gecə yarısı qüvvəyə mindi. Müqavilənin şərtlərinə görə, Britaniya Avropa İttifaqının vahid bazarını və gömrük ittifaqını tərk etdi, lakin Aİ ilə rüsum və kvota olmadan ticarət etmək imkanını saxladı. Eyni zamanda, bir sıra mallar üçün gömrük yoxlamalarının tətbiqi ticarət prosesini çətinləşdirdi. Saziş çərçivəsində tərəflər elm, təhlükəsizlik və yeni texnologiyalar sahəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəldilər. Sənəd balıqçılıq, enerji və iqlim dəyişikliyi ilə mübarizə sahələrini də əhatə etdi.

Великобритания вышла из состава Европейского союза. В стране начался  переходный период – TUK.MD

Qəzza zolağında ərəb-İsrail münaqişəsi kəskinləşdi;

May ayında Qəzza zolağında İsrail və Fələstin qüvvələri arasında münaqişə yenidən alovlandı. Mayın 10-da Fələstinin Həmas və İslami Cihad qruplaşmaları İsrail ərazisini kütləvi atəşə tutmağa başladı. Ümumilikdə dörd mindən çox raket atıldı. Buna cavab olaraq İsrail ordusu Qəzza zolağındakı hədəflərə hava zərbələri endirdi. Qarşılıqlı insident 11 gün davam etdi. Gərginlik nəticəsində Qəzza zolağında azı 260, İsraildə isə 11 nəfər həlak oldu. Mayın 20-də tərəflər Misirin mayın 21-də qüvvəyə minmiş ikitərəfli atəşkəslə bağlı təklifini qəbul etdilər.

Крупнейшее с 2014-го обострение палестино-израильского конфликта. Главное —  РБК

Taliban yaraqlıları Əfqanıstanda hakimiyyəti ələ keçirdi

İlin əsas hadisələrindən biri Əfqanıstanda baş verdi. Co Bayden ABŞ hərbi kontingentinin ölkədən tamamilə çıxarılmasını elan etdikdən sonra, Əfqanıstan ərazisində radikal Taliban hərəkatının yaraqlıları fəallaşmağa başladı. Avqustun 15-də bir çox şəhərləri ələ keçirən Taliban qüvvələri paytaxt Kabilə daxil olaraq Əfqanıstanda nəzarəti tam ələ keçirdi. Taliban yumşaq siyasət vəd etsə də, hər şey tam əksinə oldu. Belə ki, qadınların hüquqlarını məhdudlaşdırdılar, qeyri-inklüziv hökumət yaratdılar və əhaliyə qarşı qırğınlara başladılar. Əfqanıstanın Taliban tərəfindən ələ keçirilməsindən sonra, ölkədə vəziyyət gərgin olaraq qalır.

Смогут ли талибы удержать власть в Афганистане и с кем они конкурируют

“Şimal axını 2” qaz kəmərinin tikintisi başa çatdı

2021-ci ildə “Şimal axını 2” qaz kəmərinin tikintisi başa çatdı. İyun ayında birinci xəttin hazır olduğu açıqlandı, sentyabrın 10-da isə “Qazprom”un baş direktoru Aleksey Miller tikintinin tam başa çatdığını elan etib. “Şimal axını 2”nin sertifikatlaşdırılması prosesi bir neçə ay çəkə bilər. ABŞ boru kəmərinin tikintisi ilə bağlı şirkətlərə sanksiyalar tətbiq etməklə onun işə salınmasını əngəlləməyə cəhd göstərir. Ukrayna tərəfi də qaz xəttinin öz ərazisindən tranzit kimi keçməsini qoruyub saxlamağa çalışır, layihəyə mane olur. Nəticədə soyuq havaların başlaması fonunda Avropada ciddi qaz böhranı başladyıb. Qazın qiyməti kəskin şəkildə yüksəlib və digər enerji resurslarının da bahalaşmasına səbəb olub. Belə bir vəziyyətdə Avropa liderləri  almanların qışda istilik xərclərinin kəskin bahalaşması ilə üzləşməməsi üçün “Şimal axını 2”nin tez bir zamanda işə salınmasına çağırıblar. Bununla belə, Bundestaq qaz kəmərinin 2022-ci ilin yanvarından tez istifadəyə verilməyəcəyini açıqlayıb.

Nord Stream 2 завершила строительство «Северного потока-2» в Германии — РБК

ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS hərbi ittifaqı yaratdı;

Sentyabrın 15-də ABŞ, Böyük Britaniya və Avstraliyanın AUKUS adlı yeni hərbi blokda birləşdiyi məlum oldu. Alyansın məqsədi Çinin güclənməsi fonunda Hind-Sakit okean regionunda tərəflərin ümumi maraqlarının qorunması və müdafiə sahəsində səylərin birləşdirilməsidir. Noyabrın 22-də Avstraliya, Böyük Britaniya və ABŞ informasiya müqaviləsi çərçivəsində dəniz nüvə stansiyalarının mübadiləsinə dair ilk sazişi imzaladılar. Razılaşmanın ən rezonan doğuran bəndi nüvə enerjisi ilə işləyən sualtı qayıqların yaradılması texnologiyalarının Kanberraya ötürülməsi oldu. AUKUS-un yaradılmasından sonra Avstraliya Fransanın “Naval Group” şirkəti ilə sualtı qayıqların tikintisinə dair 66 milyard dollarlıq müqaviləni ləğv etdi. Bu addım Fransa və Avstraliya arasında münaqişənin başlanğıcını qoydu.

ZERKALO.AZ Министр иностранных дел Австралии: AUKUS - не военный союз -

Araşdırmaçı Jurnalistlər Pandora sənədlərini yaydılar;

Oktyabrın 3-də Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) siyasətçilərin, sahibkarların və ictimai xadimlərin ofşor zonalara cəlb olunması ilə bağlı genişmiqyaslı araşdırma dərc etdi. “Pandora sənədləri” adlanan bu sənədlərdə 100-dən çox milyarderin, 35 dünya liderinin və 400 dövlət məmurunun ofşor sövdələşmələri öz əksini tapdı. Dosyenin ümumi həcmi 2,94 terabayt olan və 11,9 milyon fayldan əldə edilən məlumatlara əsaslandığı açıqlandı. Bu araşdırma indiyə qədər yayılan ən böyük məxfi sənəd kimi qiymətləndirilir.

Архив Пандоры»: опубликованы данные об офшорах мировых лидеров

Angela Merkel siyasətdən getdi;

Almaniya kansleri Angela Merkel sentyabrda keçiriləcək Bundestaq seçkilərində namizəd olmaqdan imtina edərək siyasi karyerasını bitirmək qərarına gəldi. Oktyabrın 26-da ona Almaniya Federativ Respublikası kanslerinin səlahiyyətlərinin başa çatması barədə rəsmi bildiriş təqdim edildi. Bununla da Almaniyada 16 il davam edən Dəmir Fraunun hakimiyyəti dövrü başa çatdı.

С уходом Ангелы Меркель - ушла целая эпоха Германии

Polşa-Belarus sərhədində miqrasiya böhranı yaşandı;

Belarus prezidenti Aleksandr Lukaşenkonun Aİ ölkələrinə gedən qeyri-qanuni mühacir axınının qarşısını almaqdan imtina etməsi Polşa-Belarus sərhədində miqrasiya böhranını kəskinləşdirdi. Noyabrın əvvəlindən İraq, Suriya və Yaxın Şərqin digər ölkələrindən minlərlə qaçqın orada toplandı. Onlar Polşa ərazisinə qanunsuz daxil olmağa cəhd edərək sərhədçilər və təhlükəsizlik qüvvələri ilə toqquşdular. Avropa İttifaqı miqrantlarla bağlı vəziyyəti Qərb ölkələrinə qarşı hibrid hücum adlandırdı və baş verənlərə görə rəsmi Minski günahlandırdı. Avropalı siyasətçilər bildiridilər ki, Lukaşenko siyasi məqsədlərinə çatmaq üçün insanlardan sursat kimi istifadə edir və Avropanı təxribata çəkir. Dekabrın 2-də Aİ miqrantlarla bağlı vəziyyətə görə Belarusa qarşı beşinci sanksiyalar paketini qəbul etib. Qara siyahıya 25-dən çox fiziki və hüquqi şəxs daxil edildi.

В ОДКБ призвали к мирному разрешению кризиса на границе Белоруссии и Польши  - РИА Новости, 10.11.2021

Rusiya ABŞ və NATO-nu təhlükəsizlik zəmanəti müqaviləsi imzalamağa dəvət etdi:

Dekabrın 7-də Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Co Bayden video formatda danışıqlar apardılar. ABŞ prezidenti Moskvanı Ukrayna sərhədləri yaxınlığında hərbi qüvvələr cəmləşdirməkdə ittiham etdi və münaqişənin gərginləşəcəyi təqdirdə sərt sanksiyalarla hədələdi. Buna cavab olaraq Putin NATO-nu Ukrayna ərazisini zəbt etmək üçün hərəkətə keçməkdə ittiham etdi. Ukrayna ətrafında yaranmış vəziyyət və beynəlxalq gərginliyin artması fonunda dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi, NATO və ABŞ-la təhlükəsizlik təminatına dair müqavilə layihəsini dərc etdi.

Рябков: Россия не блефует, выдвигая предложения США и НАТО о гарантиях  безопасности - Политика - ТАСС

Koronavirus pandemiyasının yeni dalğası;

2021-ci il ərzində koronavirus bütün dünyada can almağa davam etdi. Beş milyondan çox insan COVID-19-un qurbanı olub. Aprel ayından etibarən Hindistanda virusun delta ştammı planetə yayılmağa başladı. Alimlər virusun bu variantının daha təhlükəli olduğunu və sürətli yoluxdurduğunu bildirdilər.  İlin sonunda bir sıra ölkələr yenidən sərt karantin elan etdilər. Virusun mutasiyası hələ də davam edir. Belə ki, noyabrın 11-də Cənubi Afrikada omikron adlı yeni ştam müəyyən edilib. Artıq yeni ştam Afrika, Avropa və Asiyada yayılıb. Bir sözlə 2021-ci ilin dünya üçün heç də uğurlu və sabir il olduğunu demək olmaz. Lakin dünya 2022-ci ilə böyük ümidlərlə qədəm qoyur. Ümid edirik ki, 2022-ci il həm dünyada, həm də Azərbaycanda düşərli, uğurlu və sabit il kimi yadda qalacaq.

Эксперт объяснил, как победить новые волны пандемии коронавируса – Москва  24, 15.07.2021

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*