Rusiya idmançılarına qarşı sanksiyalar ləğv edilirbackend

Rusiya idmançılarına qarşı sanksiyalar ləğv edilir

Son dövrlərdə bir sıra beynəlxalq idman qurumları Ukraynaya qarşı müharibə səbəbindən tətbiq olunan məhdudiyyətləri yumşaldaraq Rusiya idmançılarının yarışlara qayıtmasına imkan yaradır.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, məlumata görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2023-cü ildən qüvvədə olan bəzi məhdudiyyətləri müvəqqəti dayandırıb.

Bundan sonra Beynəlxalq Stolüstü Tennis Federasiyası (ITTF) və Beynəlxalq Voleybol Federasiyası (FIVB) kimi qurumlar da rusiyalı idmançıların yarışlarda iştirakına razılıq veriblər.

Qərara əsasən, Rusiya idmançıları artıq beynəlxalq turnirlərdə yalnız neytral statusla məhdudlaşmayacaqlar. Bununla belə, Rusiya bayrağı, himni və digər milli simvolların istifadəsi ilə bağlı yekun qərar ayrı-ayrı beynəlxalq idman federasiyalarının səlahiyyətində olacaq.

Rusiya İdman Nazirliyinin rəhbəri və Rusiya Olimpiya Komitəsinin prezidenti Mixail Deqtyarev qərarı müsbət qiymətləndirərək bunun rusiyalı idmançıların beynəlxalq arenaya qayıdışını sürətləndirəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*