Karantin bitir, metro açılır? – RƏSMİ AÇIQLAMAbackend

Karantin bitir, metro açılır? - RƏSMİ AÇIQLAMA

“Metronun iyunun 1-dən fəaliyyətə başlayacağı ilə bağlı yayılan məlumatlar son vaxtlar koronavirusa yoluxmada göstəricilərin aşağı düşməsi və Nazirlər Kabinetinin müvafiq qərarının iyun ayının 1-nə qədər olması ilə əlaqədardır”.

KONKRET.az xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, metronun açılaması ilə bağlı səlahiyyət birmənalı şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusdur: “Çünki mövcud qərarın verilməsi ölkədə virusun yayılmasının qarşısını alınması, profilaktik tədbirlərin görülməsi ilə bağlı olduğundan qərarı yalnız Operativ Qərargah verə bilər. Metropoliten ancaq texniki vəzifələri, yəni, onun hazırlığını optimal səviyyədə qoruyub saxlamağı icra edir. Hazırda da bu işləri görürük. Dediyiniz məsələ Operativ Qərargahın səlahiyyəti çərçivəsində olduğu üçün mən hər hansısa bir fikir söyləyə bilmərəm. Biz ancaq verilən qərarlar əsasında işləyirik. Bununla bağlı hələ hər hansı tapşırıq daxil olmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*