Kazanda partlayış səsləri: Şəhərə PUA hücumu edilir – KİVbackend

Kazanda partlayış səsləri: Şəhərə PUA hücumu edilir - KİV

Rusiyanın Kazan şəhərinin sakinləri partlayış səslərinin olduğunu bildiriblər.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Ehtimallara görə, şəhərə dron hücumu baş verib və hava hücumundan müdafiə sistemləri ərazidə işləyir.

Məsələ ilə bağlı hələlik rəsmi məlumat olmasa da, Kazan hava limanında “Xalça” rejimi tətbiq edilib.

Fövqəladə Hallar Nazirliyi PUA-nın hücumu təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Sakinlərdən panikaya düşməmələri, mümkünsə pəncərələrə yaxınlaşmamaları xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*