Keçmiş prezidentliyə namizəd Nikolay Statkeviçin həyat yoldaşı Marina Adamoviç Belarusda saxlanılıb.
KONKRET.az xəbər verir ki, həbsin səbəbi məlum deyil.
Gün ərzində respublikanın təhlükəsizlik qüvvələri 60-dan çox insanı saxlayıb. Onların bəziləri hazırki və keçmiş siyasi məhbusların qohumlarıdır.
Saxlanılanlar arasında Vitebskdən olan 76 yaşlı demokrat fəal Boris Xamaida da var. 2023-cü ilin yayında o, pasportunda “Pahonia” gerbinin təsviri olan stikerə görə 15 sutka həbs edilib.
Burhan,
KONKRET.az
