Paytaxtın Bakıxanov prospektində qayda pozuntusu qeydə alınıb.
KONKRET.az xəbər verir ki, dekabrın 4-ü, saat 17:09 radələrində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus 90-AA-900 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil əks istiqamətli yola çıxaraq təhlükəli vəziyyət yaradıb. Eyni zamanda naziri müşayət edən, sayrışan işıqlı, 10-UP-900 dövlət nömrə nişanlı digər “Mercedes” markalı avtomobil də eyni qayda pozuntusunu edib.
