Kolumbiya sahillərində azərbaycanlı miqrantlar xilas edildibackend

Kolumbiya sahillərində azərbaycanlı miqrantlar xilas edildi

Kolumbiyanın Hərbi Dəniz Qüvvələri San Andres adasının sahillərində Nikaraquaya, oradan isə ABŞ-a getməyə çalışan 31 miqrantı xilas edib.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın Səsi məlumat yayıb.

Məlumata görə, Kolumbiyanın sahil mühafizəsi San Andres adasının cənubunda 13-ü Ekvador, 9-u Venesuela, 8-i Azərbaycan, 1-i Çili olmaqla, 31 nəfərin olduğu qeyri-qanuni gəminin qarşısını alıb.

Gəmidə altı azyaşlının olduğu bildirilir. Xilas edilən miqrantlar Miqrasiya Komitəsinə göndərilib, Kolumbiya vətəndaşı olan iki ekipaj üzvü saxlanılaraq yerli prokurorluğa təhvil verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*