Manhettenin 12-ci Konqres Dairəsində Cerri Nadlerə qarşı mübarizə aparan müstəqil namizəd Mayk İtkis seçki kampaniyasına diqqət çəkmək üçün erotik film çəkib.
KONKRET.az “haberler.com” saytına istinadən xəbər verir ki, İtkisin seçki kampaniyası ABŞ-da böyük əks-səda yaradıb.
Müstəqil namizədin 13 dəqiqəlik videosu qısa müddətdə 100 min dəfədən çox izlənilib.
Videodakı qadın heç kimin onu məcbur etmədiyini, narkotik və spirtli içkinin təsiri altında olmadığını deyib.

İqbal Rzayev,
KONKRET.az
