Konsertlər və tədbirlər ləğv olundu – SƏBƏBbackend

Konsertlər və tədbirlər ləğv olundu - SƏBƏB

Əsəd rejiminin Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinə qarşı həyata keçirdiyi hava hücumunda 33 əsgərin şəhid olma xəbəri hər kəsi yasa boğub.

KONKRET.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məşhur müğənnilər bu hadisənin yaşanmasından sonra verəcəkləri konsertlərini ləğv ediblər. Konsertlərini ləğv edən məşhurlar  Berkay Şahin, Hatice və Emel Sayın olublar.

Eyni zamanda İstanbul İcra Hakimiyyətinin həyata keçirəcəyi incəsənət tədbirləri də 3 gün müddətinə ləğv olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*