“Konstitusiya” dəyişikliyi olmasa, Qarabağ fəlakətli vəziyyətə düşə bilər”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “prezident müşaviri” David Babayan Facebook səhifəsində yazıb.
“Qarabağda konstitusiya dəyişiklikləri tamamilə zəruridir. Belə dəyişikliklər olmasa, “ölkə” fəlakətli vəziyyətə düşə bilər.
2017-ci il “konstitusiya” islahatlarından sonra faktiki olaraq “siam əkizləri”nə çevrilmiş “prezident institutu”nu “parlament”dən ayırmaq lazımdır.
Lakin burada bu islahatların tarixləri çox önəmlidir. Tələskənlik və emosionallıq çox təhlükəlidir. Bizə məsuliyyətli, hərtərəfli və müdrik yanaşma lazımdır”, – deyə separatçı bildirib.
Xuraman Etibarlı,
KONKRET.az