Korotçenko: “Azərbaycandakı seçici fəallığı Avropanın heç bir ölkəsində ola bilməz”backend

Korotçenko: “Azərbaycandakı seçici fəallığı Avropanın heç bir ölkəsində ola bilməz”

Dünən Azərbaycanda keçirilən prezident seçkilərində müşahidə olunan seçici fəallığı Avropa İttifaqının (Aİ) heç bir ölkəsində ola bilməz.

Bunu politoloq İqor Korotçenko Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bu, Azərbaycan vətəndaş cəmiyyətinin yetkinliyinin və seçicilərin yüksək məsuliyyətinin göstəricisidir. Onlar başa düşürlər ki, səsləri, bu məsələyə töhfələri həqiqətən ölkənin gələcəyini müəyyən edir. Çünki prezident dövlətin təcəssümüdür və Azərbaycan xalqının fikrincə, vətəndaşlar ölkəni irəli aparmalı olan namizədə səs verməyə gedirdilər”, – o vurğulayıb.

İ.Korotçenkonun fikrincə, İlham Əliyevin qələbəsi təkcə xalqın onun siyasi kursuna verdiyi dəstəkdən irəli gəlmirdi: “Bu nəticə ondan irəli gəlir ki, onun siyasəti milli maraqları əks etdirir və heç bir kənar təzyiqə məruz qalmır”.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*