Kral Abdullah Ermənistan prezidenti ilə görüşdə: “Qarabağ düyününün açarı BMT qərarlarıdır”backend

Kral Abdullah Ermənistan prezidenti ilə görüşdə: "Qarabağ düyününün açarı BMT qərarlarıdır"

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və BMT qətnamələrinə uyğun nizamlanmalıdır”.

KONKRET.az ISNA-ya istinadla xəbər verir ki, bunu İordaniya kral II Abdullah bildirib.

Əmmanda Ermənistan prezidenti Armen Sarkisyanla görüşdə II Abdullah ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin BMT Təklükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquqa uyğun olaraq həll edilməsinə əminliyini bir daha vurğulayıb.

O, həmçinin, İsraillə Fələstin arasındakı qarşıdurmanın, paytaxtı Şərqi Qüds olmaqla, müstəqil Fələstin dövlətinin qurulmasını təmin edən iki dövlətli həll yolu ilə nizamlanmalı olduğunu bildirib. (Strateq.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*