Kremlin himayədarı Qarabağda separatçı kimi rəsmən HƏRƏKƏTƏ KEÇDİbackend

Kremlin himayədarı Qarabağda separatçı kimi rəsmən HƏRƏKƏTƏ KEÇDİ

Kremlin himayədarı Qarabağdakı separatçılar üzərində hakimiyyəti cəmləşdirir.

KONKRET.az xəbər verir ki, bu gün bu barədə adətən kifayət qədər məlumatlı olan “Hraparak” qəzeti yazır. Qəzet yazır:

“Razılıq var ki, hansısa mərhələdə hüquq-mühafizə orqanları da Vardanyanın nəzarətinə keçəcək”.

Qəzetin yazdığına görə, Qarabağdakı erməni separatçı anklavında “hökumət başçısı” vəzifəsini Kremlin himayədarı olan Ruben Vardanyanın öz üzərinə götürüb. Və Vardanyanın xeyrinə “hakimiyyətin rəvan dəyişməsi prosesinin başladığına şübhə yoxdur”.

Qəzetin qeyd edir ki, separatçıların lideri oyundan kənarlaşdırılır, “prezident” Arayik Arutyunyan “yavaş-yavaş öz səlahiyyətlərini Vardanyana ötürür”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*