Krım əhalisinin yanacaq tədarükü… – Kremlbackend

Krım əhalisinin yanacaq tədarükü… - Kreml

Krım rəhbərliyi əhalini məlumatlandırır. Bu sistem mövcuddur. Kiyevin vəhşi hərəkətlərinin mənfi nəticələrini minimuma endirmək üçün intensiv işlər görülür.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Krımdakı yanacaq vəziyyətini şərh edərkən deyib.

“Əhalinin yanacaq tədarükünü təmin etmək üçün işlər görülür”, – o əlavə edib.

Qeyd edək ki, Ukrayna ordusunun zərbələri nəticəsində Krımın infrastrukturuna ciddi ziyan dəyib. Dünən yarımada ərazisində elektrik enerjisi və içməli suyun verilişi dayandırılmışdı. Artıq bir müddətdir ki, Krımdakı yanacaqdoldurma məntəqələrində yanacaq satışı da məhdudlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*