Krım körpüsü ilə bağlı XƏBƏRDARLIQ: İstifadə etməkdən ÇƏKİNİNbackend

Krım körpüsü ilə bağlı XƏBƏRDARLIQ: İstifadə etməkdən ÇƏKİNİN

Krım yarımadasının “rəhbəri” Sergey Aksenov sakinlərdən 45-ci sütunda baş verən insidentlə əlaqədar körpüdən müvəqqəti olaraq istifadə edilməməsini xahiş edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə teleqramda yazıb.

“Mövcud vəziyyəti nəzərə alaraq yarımadanın sakinlərindən və qonaqlarından xahiş edirəm ki, Krım körpüsü ilə səyahətdən çəkinsinlər və təhlükəsizlik baxımından alternativ quru yolu seçsinlər”, – deyə Aksenov yazıb.

Artıq hadisə ilə bağlı suallar üçün qaynar xətt fəaliyyətə başlayıb.

Xatırladaq ki, Krım körpüsündə baş verən partlayışla bağlı “Baza” teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, hadisə nəticəsində azı iki nəfər ölüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*