İqbal Ağazadənin adından pul yığan şəxs araşdırılırbackend

İqbal Ağazadənin adından pul yığan şəxs araşdırılır

Ötən gün Ümid Partiyasının sədri İqbal Ağazadə teleqram hesabının kiberfırıldaqçıların hədəfinə çevrildiyini açıqlanmışdı. O, Daxili İşlər Nazirliyinə müraciətində naməlum şəxsin onun adından kontaktında olan şəxslərə mesaj yazıb pul istədiyini qeyd etmişdi.

KONKRET.az bildirir ki, məsələ ilə bağlı modern.az Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, İqbal Ağazadənin uğradığı kiberfırıldaqçılıq faktı ilə bağlı məsələ artıq nəzarətə götürülüb.

“Məsələ nəzarətə götürülüb və araşdırılır”, – deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, tanınmış jurnalist, LAF TV internet telekanalının rəhbəri Ləman Ələşrəfqızı da bu hadisədə zərərçəkənlərdən biridir. O bildirib ki, İqbal Ağazadənin adı ilə onunla əlaqə saxlanılıb və bu yolla aldadılaraq 600 manat pul vəsaiti mənimsənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*