Krımda 9 May paradı LƏĞV EDİLDİbackend

Krımda 9 May paradı LƏĞV EDİLDİ

Mayın 9-da keçirilməsi Krımda planlaşdırılan “Ölməz alay”ın paradı və yürüşləri ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Krımın qubernatoru Sergey Aksenov məlumat verib.

Sergey Aksenov “Telegram” kanalında yazıb: “Mayın 9-da Krım Respublikasında hərbi parad və “Ölməz alay”ın yürüşü keçirmək planı yoxdur”.

Rayon rəhbəri aydınlıq gətirib ki, bu, yarımada əhalisinin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Qubernator onu da bildirib ki, onsuz da Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi həmişə yad edilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*