Krımda əcnəbilərə iş verilməsi qadağan edildibackend

Krımda əcnəbilərə iş verilməsi qadağan edildi

Krımda 35 iqtisadi fəaliyyət növü üzrə əcnəbilərə patent əsasında iş verilməsi altı ay müddətinə qadağan edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Krımdakı separatçıların başçısı Sergey Aksenov məlumat verib. Onun sözlərinə görə, artıq bununla bağlı əmr imzalayıb.

Bu arada məlum olub ki, Rusiyanın Novosibirsk vilayətinin rəhbərliyi xarici vətəndaşlara taksidə və ticarətdə işləməyi qadağan edib. Müvafiq sərəncamı vilayətin başçısı Andrey Travnikov imzalayıb.

İlin sonunadək qüvvədə olacaq bu məhdudiyyətin əhalinin təhlükəsizliyinin təmin olunması, eləcə də rusiyalıların işə düzəlməsinin prioritet seçilməsi məqsədilə tətbiq olunduğu iddia edilib. Bu müddət ərzində əcnəbilər içki, tütün satışı ilə məşğul ola, taksidə işləyə bilməzlər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*