Kriminal avtoritet Vasya Bandit Rusiyaya ekstradisiya ediləcəkbackend

Kriminal avtoritet Vasya Bandit Rusiyaya ekstradisiya ediləcək

Albaniya kriminal avtoritet Vasya Banditin Rusiyaya ekstradisiya edilməsinə razılıq verəcək.

Albaniyanın Şkoder şəhərinin məhkəməsi İnterpol xətti ilə axtarışda olan kriminal avtoritet İqor Kokunovun (Vasya Bandit) Rusiyaya ekstradisiyasına razılıq verib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, Vasya Bandit Rusiyanın cinayət iyerarxiyasında ən yüksək pillə tutmaqda ittiham olunur (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə).

Albaniya məhkəməsində avtoritetin vəkili bəyan edib ki, Vasya Banditin ekstradisiyası ilə bağlı sənədi baş prokuror və ya ədliyyə naziri deyil, Rusiya baş prokurorunun müavini imzalayıb və bu, beynəlxalq hüquq normalarına ziddir.

İqor Kokunov Rusiyada həyatının təhlükədə olduğunu bildirərək, Albaniyadan siyasi sığınacaq istəyib, lakin ona rədd cavabı verilib. Vasya Banditin vəkili bildirib ki, ekstradisiya ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, Rusiyada onu 5 milyon rubla qədər cərimə və 8 ildən 15 ilədək həbs cəzası gözləyir.

Müstəntiqlərin fikrincə, Kokunov 1993-cü ildən mütəşəkkil dəstələrin hərəkətlərini əlaqələndirir, onlarla cinayət iyerarxiyasında yüksək mövqe tutan digər şəxslər arasında əlaqələr yaradır. O, dəfələrlə oğurluq, soyğunçuluq və hədə-qorxu ilə pul tələbetməyə görə məhkum olunub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*