Kriştiano Ronaldudan futbol dünyasını silkələyəcək AÇIQLAMA: “Son ilimdir”backend

Kriştiano Ronaldudan futbol dünyasını silkələyəcək AÇIQLAMA: "Son ilimdir"

“Qızıl top”un beşqat sahibi və futbol tarixinin ən məhsuldar bombardiri Kriştiano Ronaldu cari mövsümün sonunda karyerasını başa vura bilər.

KONKRET.az xəbər verir ki, o bunu “Vogue” jurnalına müsahibəsində bildirib.

“Yəqin ki, bu, futbolda mənim son ilimdir. Mən böyük irs qoymaq istəyirəm”, – deyə Ronaldu bildirib.

41 yaşlı ulduz Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və Millətlər Liqasının ikiqat qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində vurulan qolların sayına görə rekordlara sahibdir.

Futbolçu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edir. Hücumçu karyerası ərzində həmçinin Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və İspaniyanın “Real” klublarının formasını geyinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*