KTMT-nin iclaslarında iştirak etməmək Ermənistan üçün əlavə təhdidlər yaradır  – Ohanyanbackend

KTMT-nin iclaslarında iştirak etməmək Ermənistan üçün əlavə təhdidlər yaradır – Ohanyan

Hakimiyyətin KTMT tədbirlərində iştirakdan imtina etməsi Ermənistanın təhlükəsizliyinə əlavə təhdidlər yaradır.

KONKRET.az xəbər verir ki, bunu Hayastan fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib.

Ohanyan deyib ki, KTMT SSRİ-nin dağılmasından sonra yaranıb və onun başlanğıcında Ermənistan da olub. Aydındır ki, formalaşma yolu asan olmayıb, lakin inkişafında İrəvanın fəal iştirak etdiyi sənədli-hüquqi paket yaradılıb.

Məsələn, Ermənistan sülhməramlı qüvvə olan CRRF-nin yaradılmasında nümunə oldu. Baş qərargah rəisləri üçün platformanın yaradılmasının təşəbbüskarı Ermənistan  olub.

“Ermənistanın çətin hərbi-siyasi vəziyyətdə olduğu və təhdidlərin artdığı bir vaxtda KTMT-nin iclaslarında iştirak etməməsi yeni təhlükələrə yol aça bilər”, – Ohanyan qeyd edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*