KTMT sülhməramlı qüvvələrinin təlimləri başladı – Ermənistan iştirak etmirbackend

KTMT sülhməramlı qüvvələrinin təlimləri başladı - Ermənistan iştirak etmir

Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sülhməramlı qüvvələrinin “Sarsılmaz Qardaşlıq – 2023” birgə təlimləri başlayıb.

KONKRET.az xəbər verir ki, Ermənistan bu təlimlərdə iştirak etmir.

Qırğızıstan Müdafiə Nazirliyinin məlumatına görə, Edelveys poliqonunda “Sarsılmaz Qardaşlıq – 2023” birgə təlimlərinin aktiv mərhələsinin təntənəli açılış mərasimi olub.

Təlimlərin əsas məqsədləri KTMT-nin sülhməramlı bölmələrinin idarəetmə orqanlarının və şəxsi heyətinin praktiki bacarıqlarının təkmilləşdirilməsidir.

Bundan əlavə, tədbirlər hərbi hissələrin ahəngdarlığının artırılmasına yönəlib.

Təlimlərdə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandan 1500-ə yaxın sülhməramlı hərbçi, Birləşmiş Qərargahın əməliyyat qrupları və KTMT Katibliyi ö.tirak edir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*