“KTMT təlimlərindən imtina Ermənistan ordusu üçün döyüş hazırlığının ən yüksək təlim formasından imtinaya bərabərdir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan parlamentdə deyib. O bildirib ki, bütün bu tədbirlər Ermənistanın silahlı qüvvələrinin döyüş hazırlığının artırılması üçün istifadə edilməli idi.
“Biz KTMT-dən çıxdıq? Təbii ki, yox. Bütün bu tədbirlər silahlı qüvvələrimizin döyüş hazırlığını artırmaq üçün istifadə edilməli idi. Hakimiyyətin qərarı Ermənistan ordusunun döyüş hazırlığını artırmamaq üçün düşmənlə razılaşmadan xəbər verir.
Təlimdən imtina səhra və döyüş hazırlığının, müdafiənin təkmilləşdirildiyi ən yüksək təlim formasından imtinaya bərabərdir”, – Ohanyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az
