ABŞ Ukraynanı qadağan olunmuş silahlarla təmin etməklə Avropada sülhü tapdalayır.
KONKRET.az xəbər verir ki, bunu Şimali Koreya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar üzrə departamentinin rəhbəri Ço Çol-su deyib.
“ABŞ hələ də Ukrayna cəbhəsini öldürücü silahlar, o cümlədən, beynəlxalq hüquq normaları ilə istifadəsi tamamilə qadağan edilən kaset bombaları və tükənmiş uran mərmiləri ilə təmin edir, bununla da Avropada sülh və sabitliyi qəsdən pozur və tapdalayır”, – deyə Ço Çol-su bildirib.
Onun sözlərinə görə, ABŞ kimi Böyük Britaniya da Kiyevi tükənmiş uran mərmiləri, “Fırtına kölgəsi” daxil olmaqla 250 kilometrdən çox mənzilli qanadlı raketlər və tank əleyhinə silahlarla təchiz etməklə Ukraynadakı münaqişəni uzatmaq istəyir.
Ariz Həsənoğlu,
KONKRET.az
