Azərbaycanda rus dilinə çox böyük həvəs var.
KONKRET.az xəbər verir ki, Dövlət Dumasında keçirilən hökumət saatında Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB ölkələrinin məktəb və universitetlərində rus dilinin tədrisindən danışıb.
“Azərbaycanda rus dilinin öyrənilməsinə maraq artır. Ölkədə Rusiya ali məktəblərinin filialları və Slavyan Universiteti fəaliyyət göstərir.
Rusiyanın ikitərəfli tərəfdaşı olan Azərbaycanda rus dilinə böyük həvəs var”, – Lavrov deyib.
O, qeyd edib ki, bu gün bir çox MDB ölkələrində Rusiya universitetlərinin 20-yə qədər filialı fəaliyyət göstərir.
“Təkcə Özbəkistanda 11, Qazaxıstanda bir neçə, Azərbaycanda bir neçə belə təhsil müəssisəsi yaradılıb. Ermənistan, Tacikistan, Qırğızıstan və Azərbaycanda Rusiyanın yardımı ilə slavyan universitetləri yaradılıb. bu sahədə çoxlu işlər görülür”, – deyə Rusiya diplomatiyasının rəhbəri qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
