Lavrov və Zərif Moskvada Qarabağı müzakirə edəcəkbackend

Lavrov və Zərif Moskvada Qarabağı müzakirə edəcək

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrovla Məhəmməd Cavad Zərif 26 yanvarda Moskvada danışıqlar aparacaqlar.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə məlumat verib.

“Yanvarın 26-da İran İslam Respublikasının xarici işlər naziri Moskvada işgüzar səfərdə olacaq və Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparacaq. Bir sıra beynəlxalq məsələlər, o cümlədən Dağlıq Qarabağ ətrafındakı vəziyyət, həmçinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Suriyada, Əfqanıstan, Fars Körfəzindəki fəaliyyətlər müzakirə olunacaq”,- deyə Zaxarova qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*