Lavrovdan ermənilərə ŞOK: “Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi” – VİDEObackend

Lavrovdan ermənilərə ŞOK: "Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi" - VİDEO

“Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal olunmuşdu, Azərbaycan öz torpaqlarını geri qaytardı”.

KONKRET.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, ilk dəfə bu mövzuda “işğal” sözünü işlədib. Lavrov deyib ki, Azərbaycanın 7 rayonu Ermənistan tərəfindən işğal olunub.

“Ermənistan Azərbaycanın 7 rayonunu on illərdir ki, işğal etdi. Və Ermənistanın keçmiş hakimiyyəti Rusiya Federasiyasının vasitəçiliyindən imtina edərək, onlara məxsus olmayan işğal olunmuş əraziləri saxlamaq istədi.

Bəli, Azərbaycan ona məxsus torpaqları qaytardı”, – deyə Lavrov vurğulayıb.

O, Ermənistandan fərqli olaraq, “xüsusi hərbi əməliyyat”da KTMT-dən kömək istəmədiklərini deyib.

“Rusiya KTMT dövlətlərinə kömək üçün müraciət etməyib, Rusiya Federasiyasında Ukraynada məqsədlərinə çatmaq üçün lazım olan hər şey var”, – Lavrov deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*