“Layiq olduqları cavabı alacaqlar” – Ərdoğandan sərt xəbərdarlıqbackend

“Layiq olduqları cavabı alacaqlar” – Ərdoğandan sərt xəbərdarlıq

“Üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyən Yunanıstan və Yunan Kiprinə layiq olduqları cavabı verməyə davam edəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyada yeni humanitar faciələrin yaranmasına imkan verməyəcəyimizi və sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi prinsiplərindən geri çəkilməyəcəyimizi bildirdik. Arakıq dənizinin şərqində ölkəmizin və kiprli türklərin hüquqlarına hörmət etməyən hər hansı bir planın həyata keçirilməsi üçün fürsətin olmadığını göstərdik.

“Yavuz” gəmimiz təmir üçün limana gəlib. Bu, gəmimizin təhlükəsizliyini təmin edir. “Oruc Rəis” gəmimiz təmir işlərindən sonra Aralıq dənizindəki missiyasına qayıtdı. “Barbaros Hayrettin Paşa” da işlərinə davam edir. Avropa İttifaqı və NATO-dakı danışıqlar zamanı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyən Yunanıstan və Yunan Kiprinə layiq olduqları cavabı verməyə davam edəcəyik”, – Türkiyə lideri bildirib.teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*