Şərifdən ABŞ-İran açıqlaması: 24 saat ərzində…backend

Şərifdən ABŞ-İran açıqlaması: 24 saat ərzində...

ABŞ və İran arasında sazişin növbəti 24 saat ərzində yekunlaşdırılması gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif X hesabında yazıb.

“Biz sülh sazişinə əvvəlkindən daha yaxınıq. Sazişin yekunlaşdırılmasının növbəti 24 saat ərzində baş tutacağı gözlənilir və Pakistan bundan dərhal sonra sülh sazişinin elektron imzalanmasına, ardınca isə gələn həftə texniki səviyyəli danışıqlara hazırlaşır”, – baş nazir qeyd edib.

Şahbaz Şərif danışıqlar zamanı davamlı öhdəlik nümayiş etdirdiklərinə ABŞ və İrana təşəkkür edib, eyni zamanda bölgədəki qardaş ölkələrə göstərdikləri dəstəyə görə səmimi minnətdarlığını ifadə edib:

“Əminik ki, bu tarixi saziş uzunmüddətli və davamlı sülh üçün möhkəm təməl yaradacaq”.

Qeyd edək ki, ötən gece Ş.Şərif ABŞ və İranın razılaşmanın yekun mətni üzrə razılığa gəldiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*