Lənkəranda çaydan qadın meyiti TAPILDIbackend

Lənkəranda çaydan qadın meyiti TAPILDI

Lənkəranda çaydan qadın meyiti tapılıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Lənkərançay çayının Lənkəran şəhəri, Sütəmurdov kəndi ərazisindən keçən hissəsində naməlum qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Meyitin çaydan çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*