“Bir məqsəd var, türkləşmə prosesinə son qoymaq və buna nail olmaq üçün Türkiyə-Azərbaycan maraqlarına xidmət edən liderlərdən qurtulmalıyıq”.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan öz Telegram kanalında yazıb.
O vurğulayıb ki, “Süni “səs-küy”lə məqsədimizdən yayınmamağı, məyus olmamağı, geri çəkilməməyi bacarmalıyıq”.
Natiq Səlim,
KONKRET.az
