Leypsiq hava limanında aşkarlanan pilotsuz uçuş aparatının (PUA) Ukraynaya məxsus yük təyyarəsinə çırpıldığı məlum olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Die Zeit” məlumat yayıb.
Belə ki, dron aerodromda dayanmış Ukraynaya məxsus An-124-100 “Ruslan” yük təyyarəsinin qanadına çırpılıb. Lakin partlayış baş verməyib. PUA təyyarənin gövdəsinə zərbədən sonra geri sıçrayaraq yerə düşüb.
Dron təsadüfən yalnız təxminən dörd saat sonra aşkar edilib. Ekskursiya avtobusunun sürücüsü yerdəki obyekti görərək təhlükəsizlik əməkdaşlarına məlumat verib.
Hadisənin ilk versiyasından fərqli olaraq, təhlükəsizlik kameralarının görüntüləri sürücünün dronu ayağı ilə təpikləyərək hadisə yerində qoyub getməsi barədə məlumatı təsdiqləməyib.
Görüntülərdə PUA sürücü ona yaxınlaşmazdan əvvəl artıq beton örtüyün üzərində olduğu görünür. Sürücü qısa tərəddüddən sonra obyektə yüngülcə ayağı ilə toxunub və dərhal hava limanının təhlükəsizlik əməkdaşlarını çağırıb.
“Die Zeit”in məlumatına görə, partlayıcı qurğu dronun üzərində deyil, onun yaxınlığında aşkarlanıb. İlkin ehtimala əsasən, qurğu PUA-nın təyyarəyə çırpılması nəticəsində aparatdan qoparaq kənara düşüb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Natiq Səlim,
KONKRET.az
