“Lider TV” müflis elan edildi – Kanal bağlanırbackend

“Lider TV” müflis elan edildi – Kanal bağlanır

Bakı Kommersiya Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə iddiasına baxılıb.

KONKRET.az “Report”-a istinadən xəbər verir ki, hakim İlham Əhmədovun sədrlik etdiyi iclasda iddia təmin edilib.

Qeyd edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində “Lider TV” (1 sentyabr 2000-ci ildən), həmçinin “Radio Lider” fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*