Liviyada minlərlə insanın həyatına son qoyan sel fəlakətindən sonra Derna şəhərində bir gündə 245 nəfərin cəsədi tapılıb.
Liviya rəsmisi bir çox yerli və beynəlxalq qruplarla əməkdaşlıq etdiklərini və sahil nöqtələrində axtarış işlərinin davam olunduğunu qeyd edib.
Qeyd edək ki, sentyabrın 10-da Mərkəzi Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran “Daniel” fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
