Liviyada daşqınlar nəticəsində 7 minə yaxın insan ölüb, ən azı 10 min nəfər itkin düşüb.
KONKRET.az xəbər verir ki, daşqınlara Aralıq dənizindən keçən və sahildəki Liviya şəhərlərini vuran “Daniel” qasırğası səbəb olub. Ən böyük zərər ölkənin şərqində (Bingazidən 290 kilometr aralıda) Derna şəhərinə dəyib. 125 min əhalisi olan şəhərdə yaşayış massivləri dağılıb, aşmış avtomobillər küçələrdə qalıb.
Bir çox ölkələr Liviyaya axtarış-xilasetmə maşınları, qayıqlar, generatorlar və ərzaq da daxil olmaqla yardım göndərib.
Burhan,
KONKRET.az