Xəbər verdiyimiz kimi, may ayının 13-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.
KONKRET.az unikal.az-a istinadən xəbər verir ki, yanan anbar “Bakı Logistika Mərkəzi”nin ərazisində olsa da, ona məxsus olmayıb.
Sözügedən anbar “MyAnbar” MMC-yə məxsus olub. Lakin ərazidə digər şirkətlərin də özünə məxsus anbarı yanıb.
“MyAnbar”ın rəhbəri Anar Kərimov açıqlamasında bildirib ki, bir sıra şirkətlər mallarını həmin anbarda saxlayıblar. Onun sözlərinə görə, “Bakı Logistika Mərkəzi”nin ərazisindən çıxaraq başqa yerə köçəcəklər.
