Londondakı səfirliyimizə hücum edənlər belə SAXLANILDI – VİDEObackend

Londondakı səfirliyimizə hücum edənlər belə SAXLANILDI - VİDEO

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edən bir qrup radikal dini dəstənin üzvləri saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə London polisi məlumat yayıb:

“Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

(Metbuat.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*